“SpaceX” “Cursor”u 60 milyard dollara aldı

“SpaceX” “Cursor”u 60 milyard dollara aldı

Elon Maskın sahibi olduğu “SpaceX” süni intellekt əsaslı kodlaşdırma platforması “Cursor”u 60 milyard dollara satın alıb.

Tərəflər satınalma razılaşmasını iyun ayında açıqlayıblar. Əməkdaşlığın isə daha əvvəl, “Cursor”un süni intellekt modellərinin hazırlanması məqsədilə başladığı bildirilib.
Razılaşma çərçivəsində “SpaceX”in güclü süni intellekt infrastrukturu “Cursor”un istifadəsinə veriləcək. Şirkət dünyanın ən böyük GPU (güclü hesablama çipi) infrastrukturuna çıxış əldə edəcəyini açıqlayıb.
Bu imkanın daha inkişaf etmiş süni intellekt modellərinin hazırlanmasına və onların müştərilərə daha aşağı qiymətlərlə təqdim edilməsinə kömək edəcəyi gözlənilir.
Satınalma “xAI” şirkətinin də “SpaceX” ilə birləşərək “SpaceXAI” adını aldığı dövrə təsadüf edir. “SpaceXAI” və “Cursor” birlikdə “Grok 4.5” və daha sonra “Grok 4.6” modellərini hazırlayıb.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az