Kompüterdə virus olduğuna dair 8 işarə

Kompüterdə virus olduğuna dair 8 işarə

Kompüterimizə zərər verən və şəxsi məlumatlarımızı əldə edə bilən viruslar var. Kompüterdə virus olduğunu necə bilmək olar? Kompüterdə virus olduqda kompüterə nə olur? Bu kimi suallara aşağıda məqaləmizdə cavab tapa bilərsiniz.

Viruslar kompüterimizə ciddi ziyan vura biləcək təhlükəli proqramlardır. Viruslar məlumatlarınızı oğurlamaq üçün kompüterinizdəki müdafiəsiz yerləri axtarırlar. Hətta bəzi saytlarda və ya hər hansı bir yerdə bannerlərə tıklayaraq kompüterinizə bilmədən virus yükləyə bilərsiniz.

1. Kompüterinizdə virus varsa, etdiyiniz hər əməliyyat çox yavaş işləyir. Gündəlik daxil olduğunuz tətbiqlər yavaş-yavaş açılmağa başladısa, kompüterinizdə mütləq virus var.

2. Tapşırıq idarəçisini açarkən qəribə adları olan proqramlar varsa, diqqətli olun. Naməlum bir proqram gördükdə üzərinə vurub altındakı "tapşırığı bitir" yazısına basın.

3. Notebook-larda batareya çox tez tükənir və batareyanın yaxşı olduğundan əminsinizsə, kompüterinizdə virus ola bilər. Kompüterinizdə arxa planda çalışan bəzi istənməyən proqramlar ola bilər. Bu casus proqramlar kompüterin batareyasının normaldan daha sürətli qızmasına və tükənməsinə səbəb olur.

4. Brauzerinizin tarixçəsini arada yoxlayın. Əvvəllər tıklamadığınız qeyri-adi saytlar varsa, kompüterinizdə virus ola bilər. Bu vəziyyətdə çox diqqətli olmalı və kompüterinizi viruslardan təmizləməlisiniz.

5. Bəzi viruslar reklamlarla qarşınıza çıxır. Kompüterinizin təhlükədə olduğunu göstərən reklamlarla daima qarşılaşırsınızsa, deməli, kompüterinizdə virus var.

6. Axtarış motorunda nəsə axtardığınız zaman axtarış nəticələrini göstərmək əvəzinə, sizi fərqli bir sayt təqdim olunursa, kompüterinizdə virus var.Bu vəziyyətdə brauzerinizin "yüklənilənlər" hissəsini yoxlamaq faydalıdır.

7. İnternet brauzeriniz və ya istifadə etdiyiniz proqram tez-tez çökürsə, xəta göstərirsə, kompüterinizdə virus ola bilər. Kompüterinizdə istifadə etdiyiniz tətbiq əvvəlkindən daha yavaş işləyirsə, deməli, viruslar kompüterinizi ələ keçirib.

8. Notebook-larda qəflətən vebkamera açılırsa, bu da yaxşı hal deyil. Kompüterdəki kameranın və ya öz-özünə işləyən mikrofonun qəfil açılması, kiminsə məlumatınıza daxil olmaq istədiyinə işarədir.

Mənbə: joy.az