Məğlubedilməz “F-22”nin zəif nöqtəsi - Dördüncü nəsil qırıcı “beşincini” necə vurdu?

Məğlubedilməz “F-22”nin zəif nöqtəsi - Dördüncü nəsil qırıcı “beşincini” necə vurdu?

ABŞ-ın beşinci nəsil “F-22 Raptor” qırıcısı dördüncü nəsil “Eurofighter Typhoon” təyyarəsi tərəfindən şərti olaraq vurulub. Bu, yeni təyyarənin üstünlüklərinin olmadığını göstərib.

Bu barədə “19FortyFive” nəşri məlumat yayıb.

“Almaniyanın “Eurofighter Typhoon” qırıcıları 2012-ci ildə Alyaskada keçirilən “Red Flag 12-2” təlimlərində yaxın hava döyüşü üzrə məşqlər zamanı ABŞ HHQ-nin “F-22 Raptor” təyyarələrinin “məhv edilməsini” imitasiya ediblər”, - deyə müəllif xatırladıb.

Həmin vaxt amerikalı icmalçılar qeyd edirdilər ki, “F-22” uzaq məsafələrdə üstünlük təşkil etməyə qadirdir, lakin yaxın döyüşdə o, dördüncü nəslin daha ucuz təyyarələri ilə eyni səviyyədədir.

Almaniyalı pilotlar hesabatda iddia edirdilər ki, yaxın hava döyüşündə “Typhoon” “F-22”dən geri qalmır, ayrı-ayrı aspektlərdə isə hətta onu üstələyir. Bununla belə, onlar vurğulayıblar ki, adi şəraitdə “Raptor”un güclü radarları rəqibi uzaq məsafədən aşkar edə bilərdi.

Hüseyn İbadlı

Mənbə: publika.az