Məşhur Wattpad platforması 600 milyon dollara satın alındı

Məşhur Wattpad platforması 600 milyon dollara satın alındı

Yazıçıların öz məzmunlarını paylaşması üçün qurulan sosial şəbəkə Wattpad Cənubi Koreyada yerləşən Naver şirkəti tərəfindən satın alınıb.

Paylaşılan məlumata görə Line və Webtoon kimi mühüm platformalara da sahib olan Naver Wattpadı almaq üçün 600 milyon dollar ödəyəcək. 2006-cı ildə Allen Lau və İvan Yuen tərəfindən Torontoda qurulan Wattpad əvvəlcə həvəskar yazarların öz məzmunlarını bölüşdükləri bir platforma rolunu oynayırdı.

Sonrakı illərdə böyük bir auditoriyaya çatan Wattpad dünyada ən çox satılan kitabların çap olunmasına vasitəçilik etdi. Əlavə edək ki, Wattpad vasitəsilə ortaya çıxan bir çox əsər serial və filmlərin ssenarisinə çevrilib.

Mənbə: news.milli.az