Google Lens loqosunu yenə dəyişir

Google Lens-ə qalıcı loqo yaratmaq üçün Google yeni dizaynı sınaqdan keçirməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Lens kamera mərkəzli tətbiq olsa da, indiyə qədər istifadə olunan iki loqotip kamera mənasından çox uzaq idi. Dəyişiklik nəticəsində Google Lens loqosunu daha çox kameraya bənzətməyə çalışılır.

Bununla yanaşı, ehtimal olunur ki, Google sınaqdan keçirilmiş yeni loqotipi məhdud sayda istifadəçiyə göstərir. Həmçinin yeni loqonun indikinə nisbətən Google Lens istifadəsini əks etdirib-etdirmədiyi analiz olunur.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Zaqatala sakinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib

SONRAKI XƏBƏR

Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA