Türkiyənin çatdırılma xidməti Getir 128 milyon dollar investisiya aldı

Türkiyənin çatdırılma xidməti Getir 128 milyon dollar investisiya aldı

Getir keçən il aldığı 38 milyon dollarlıq sərmayənin ardından ikinci turda 128 milyon dollar sərmayə alıb. Yeni yatırımlarla 5 il ərzində dəyərini təxminən 850 milyon dollara qədər yüksəldə bilib.

Milli.Az techland.az-a istinadən bildirir ki, Getirdə işləyən əməkdaşların da istəkləri ilə bu yatırım turunda işçilərə investor olmaq şansı yaradıldı. 250-dən çox Getir işçisi şirkətə ortaq oldu. Getirdən sonra GetirBüyük, GetirSu ve GetirYemek xidmətləri də fəaliyyətə başlayıb. GetirBüyükdə təxminən 4 in məhsul, GetirYemekdə 15 mindən çox restoran yer alıb. Yeni investisiya ilə şirkət xarici bazarlarda da fəaliyyətə başlamağı planlaşdırır.

Mənbə: news.milli.az