Ananas yarpaqlarından PUA istehsal edən professor, Türkiyə ilə işləmək istəyir

Ananas yarpaqlarından PUA istehsal edən professor, Türkiyə ilə işləmək istəyir

Malaziyada fermerlərin gəlirlərini dəstəkləmək və təbii transformasiyaya qatqı təmin etmək üçün ananas yarpaqlarından pilotsuz uçuş aparatı (PUA) istehsal edən professor Dr. Muhammed Tarık Hamid Sultan, bu layihəni Türk PUA istehsalçıları ilə birlikdə inkişaf etdirməkistəyində olduğunu bildirib.

2017-ci ildə Malayziya Putra Universitetində (UPM) istifadəyə verilən və ilk nümunələri keçən il istehsal olunan ətraf mühitə uyğun PUA-ların layihə müəllifi Muhammed Tarık bu layihəni paytaxt Kuala Lumpurdan təxminən 60 kilometr aralıda, Hulu Langat bölgəsində ananas yetişdirən fermerlərdən ilham alaraq həyata keçirməyə qərar verdiyini bildirib.

"Putra İHA" adlı bu PUA-nın sintetik liflərdən istifadə edərək istehsal olunan PUA-larla müqayisədə istehsalının daha yüngül və ucuz olduğunu vurğulayan Muhammed Tarık, "Digər PUA-larda istifadə olunan sintetik liflər təkrar emal edilə bilmir və bu PUA-ların səthində bir qırılma və ya qopma olduqda həmin hissə tamamilə dəyişdirilməlidir. Ancaq ananas yarpağı liflərindən hazırladığımız bu hissələrdə hər hansı bir qırılma və ya çatlama baş verdikdə, hissə asanlıqla düzəldilə bilir. Hissə tamamilə zədələnibsə, onu torpağa ata bilərsiniz PUA 2 həftədə torpaqda həll olur və təbiətə heç bir ziyan vurmur. "

Putra-nın yarış PUA-sı olduğunu vurğulayan proffessor onun saatda 120 kilometrə qədər sürət yığa bildiyini, 1000 metrə qədər hündürə qalxa və 20 dəqiqəyə qədər havada qala bildiyini qeyd edib.

Malayziyalı professor, sözügedən layihəyənin markalaşaraq kütləvi istehsala başlayacağı təqdirdə, həm ətraf mühitin qorunacağını, həm də fermerlərin əlavə gəlir qazanacağını bildirib.

Türk şirkətlərinin PUA istehsalında müvəffəq olduqları uğurları təqdir etdiyini vurğulayan professor, "Bu sahədə Türkiyə ilə əməkdaşlıq etmək imkanları tapa bilsəydik, çox məmnun olardım." deyə qeyd edib.

Mənbə: news.milli.az