Peyk buraxılışında rekord

Peyk buraxılışında rekord

ABŞ-ın “SpaceX” şirkəti “Transporter-1” missiyası çərçivəsində “Falcon 9” raketdaşı­yıcısı vasitəsilə rekord sayda peykin uğurlu buraxılışını həyata keçi­rib. Buraxılan 143 peyk arasında 10 ədəd “Star­link” aparatı olub. 48 peyk isə Yer səthini öyrənən “Planet” şirkətinə məxsusdur. Bundan başqa, əməliyyata “Əşyalar interneti” sahəsində ixtisaslaşan “Swarm Technologies” şirkətinin 36 minipeyki və digər peyklər daxildir.

Məlumatı “Lenta.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com