Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək

Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək

Bu həftənin sonunda ölçüsü 100 metrə qədər olan bir neçə asteroid Yer kürəsinin yaxınlığından keçəcək.

APA xəbər verir ki, bu barədə NASA-nın Yerə Yaxın Obyektləri Tədqiqat Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yanvarın 28-də “2021 BZ” asteroidinin hərəkət xətti planetimizdən təxminən 2,2 milyon kilometr aralıda olacaq. Ölçüləri 29-65 metr arasında qiymətləndirilir.

Mənbə: www.realtv.az