İflic xəstələrinə ümid oldu

İflic xəstələrinə ümid oldu

Siçan iynədən 2 həftə sonra sağlam vəziyyətinə qayıdıb

Almaniyada kök hüceyrə müalicəsi alan iflic siçan 2 həftədən sonra yeriməyə başlayıb.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, elm dünyasındakı bu müvəffəqiyyət iflic xəstələri üçün ümid olub. Almaniya tədqiqatçıları siçanlara vurduqları "hiper-interlökin-6" zülalı onların zədələnmiş onurğa beynini və sinirlərini bərpa edib. Nəticədə iflic siçan iynədən 2 həftə sonra tam əvvəlki vəziyyətinə qayıdıb. Tədqiqatçılar siçanlar üzərində bu sınaqları davam etdirdiklərini və müalicənin insanlar üçün uyğun olub- olmadığını araşdırdıqlarını bildiriblər. Tədqiqat qrupunun rəhbəri Dietmar Fisşher qeyd edib ki, elmə belə bir şeyin mümkün olmadığı məlum olduğundan əldə edilmiş nəticə onlar üçün böyük bir sürpriz olub. O bildirib ki, əldə ediləcək nəticələr gələcəkdə insanların tam sağalmasını mümkün edə bilər.

Mənbə: sherg.az