Dünyanın ən bahalı markları məlum oldu – SİYAHI

Dünyanın ən bahalı markları məlum oldu – SİYAHI

2020-ci ildə dünyanın ən bahalı 3-cü brendi hesab olunan “Apple” 2021-ci ildə dünyanın ən bahalı brendi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Brand Finance" tərəfindən aparılan araşdırmada yer alıb.
"Brand Finance"nin açıqladığı "Global-500-2021" adlı hesabata görə, "Apple" brendinin dəyəri 263,4 milyard dollara bərabərdir. Son bir ildə "Apple"nin dəyəri 123 milyard dollar artıb.
Bir il əvvəl dünyanın ən dəyərli brendi olan “Amazon” bu il ən dəyərli btendlərin arasında 2-ci sırada yer alıb."Amazon"nun qiyməti 34 milyard dollar bahalanaraq 254,2 milyard dollara yüksəlib. Dünyanın ən dəyərli 500 brendinin sıralandığı siyahıda 3-cü sırada "Google" yer alıb. Bu brendin dəyəri son bir ildə 3 milyard dollar artaraq 191,2 milyard dollara yüksəlib.
Bunlardan başqa ilk beşliyə sıralamadakı mövqeyini dəyişməyən "Microsoft" (140,4 milyard dollar) və "Samsung" (102,6 milyard dollar) brendləri daxil olub.
6-cı sırada “Walmart” qərarlaşıb. Bu brendin dəyəri 93,2 milyard dollar olub.
"Facebook" brendi son bir ildə mövqeyini dəyişməz saxlayaraq 7-ci sırada qərarlaşıb. "Facebook" brendinin dəyəri isə 79,8 milyarddan 81,4 milyard dollara qalxıb.
Ümumiyyətlə "Global-500-2021" adlı hesabatda yer alan şirkətlərin ilk 10-luğunda 7 ABŞ şirkəti qərarlaşıb. 5-cü sırada Cənubi Koreyaya məxsus "Samsung" brendi, 8-ci və 10-cu sıraya isə Çinə məxsus "ICBC" ilə "WeChat" brendləri daxil olub.
"Global-500"a daxil olan şirkətlər arasında dəyəri ən ucuz olan ABŞ-ın "MSCI" şirkəti olub.

Mənbə: www.yeniavaz.com