Boeing 737 Max Avropa İttifaqı ərazisində istifadə oluna bilər

Boeing 737 Max Avropa İttifaqı ərazisində istifadə oluna bilər

Boeing 737 Max təyyarəsi müvafiq təkmilləşdirmə işlərindən sonra Avropa İttifaqında (Aİ) istismara hazırdır.

TED.az xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) açıqlama verib.

Təşkilatın icraçı direktoru Patrik Kay təyyarənin təhlükəsizliyinə dair ayrıca olaraq həm uçuş, həm də simulyator sınaqlarını keçirdiklərini bildirib.

“Təyyarənin təhlükəsiz olduğuna dair tam arxayınıq və bu da icazə verməyimiz üçün ilkin şərtdir. Bununla belə 737 Max-ın istismara qaytarılmasından sonra da necə işlədiyini diqqətlə izləyəcəyik. Həmçinin bizim israrımızla Boeing də bu təyyarənin daha yüksək təhlükəsizliyinə nail olmaq üçün orta perspektivdə daha da təkmilləşdirmə işi üçün çalışacaqlarına dair öhdəlik götürüb”, – deyə, EASA rəhbəri qeyd edib.

Ötən ilin noyabr ayında ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stefen Dikson Boeing 737 Max təyyarəsinin təhlükəsizlik məsələlərinin hərtərəfli və müfəssəl təhlilindən sonra istismara qaytarıla biləcəyi barədə sərəncam imzalayıb.

Mənbə: ted.az