Peyvənd növbəsini gözləyən Almaniya təqaüdçüləri xoşagəlməz xəbər alıblar.
Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, AFR-in Federal Hökuməti İsveç-Britaniya əczaçılıq konqlomeratı tərəfindən hazırlanmış "AstraZeneka" preparatının yalnız yaşı 65-dək olan insanlar üçün yararlı hesab edib. Bu, peyvəndin bütün yaş qrupları üçün eyni dərəcədə effektli olacağı barədə şirkətin verdiyi vədlərə ziddir.
Məsələ ondadır ki, preparat prioritet test qrupundan olan 18-55 yaşlı iştirakçılar arasında sınaqlardan keçirilib. Yaşı 65-dən yuxarı olan şəxslərin testlərinin nəticələrinə dair məlumatların Avropa İttifaqı (Aİ) tərəfindən təsdiqi isə kifayət deyil. Bu isə o deməkdir ki, yaşlıların vaksinasiya prosesi uzanacaq.
"Bild" qəzeti yazır ki, əgər Aİ yaşlı insanların immunlaşdırılması zamanı peyvəndin istifadəsinə icazə verməzsə, Federal Hökumətin peyvənd planı pozula bilər.
Mənbə: demokratikmusavat.com