Alibaba-nın da sərmayədarı olduğu elektromobildən yeni naviqasiya sistemi

Çinin elektromobil istehsalçılarından Xpeng şirkəti yeni elektron bələdçisi olan Navigation Guided Pilot (NGP) sisteminin tətbiqinə başlayıb.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gündən P7 luks sedanlarında da tətbiq edilməyə başlayan NGP internetdən yükləməklə əldə edilir.


Xpilot 3.0 sürücüyə yardım proqramının tərkib hissəsi olan bu sistem hərəkət zolağını dəyişdirmək, yola və ya yoldan çıxmaq, sürəti artırıb-azaltmaq, ötmə əməliyyatını icra etmək imkanı yaradır.


Qeyd edək ki, Xpilot 3.0 proqramını Wi-Fi vasitəsilə yükləmək üçün şirkətin özəl Xmart əməliyyat sistemi də yaradılmışdı. Bu sistemin son 2.5.0 versiyası P7-lərin bütün variantları üçün uyğundur.


2014-cü ildə təsis edilən Xpeng şirkəti hazırda G3 elektrik SUV-u və P7 elektrik sedanı istehsal edir. Şirkətin ilk sərmayədarları arasında Alibaba və Foxconn da var.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Mourinyodan Alli açıqlaması

SONRAKI XƏBƏR

"Ən yaxşı erməni elə Paşinyan imiş" - Keçmiş maliyyə naziri