“SpaceX”in keçmiş əməkdaşları tərəfindən təsis edilmiş ABŞ-ın “Castelion” şirkəti sərfəli qiymətə malik “Blackbeard” (“Qara Saqqal”) hipersəs raketinin ilk fotosunu nümayiş etdirib.
Bu barədə TWZ nəşri yazır.
Şirkətin baş qərargahında çəkilmiş fotoda baş hissəsində süzən hipersəsə aparat (HFA) quraşdırılmış ballistik sürətləndiricini görmək mümkündür.
“Sürətləndirici HFA-nı tələb olunan sürət və hündürlüyə çatdırır, bundan sonra onu hədəfə tərəf buraxır. Bu konsept hipersəs sürət yığmaq qabiliyyətinə malik hava-reaktiv mühərrikli qanadlı raketlərlə təzad təşkil edir”, - deyə nəşrdə bildirilir.
Portal vurğulayıb ki, “Blackbeard” ehtimal ki, 500 milədək (800 kilometrdən çox) məsafədə yerləşən hədəfləri vurmaq iqtidarında olacaq, xüsusilə “F/A-18E/F Super Hornet” göyərtə qırıcısının təchiz edilə biləcəyi raketin hazırlanmasını isə 2027-ci ilə qədər başa çatdırmaq planlaşdırılır.
Hüseyn İbadlı
Mənbə: publika.az