"Sputnik V" peyvəndi bəzi xərçəng xəstələri üçün riskli ola bilər – Rusiyada araşdırma başladıldı

"Sputnik V" peyvəndi bəzi xərçəng xəstələri üçün riskli ola bilər – Rusiyada araşdırma başladıldı

"Xərçəng xəstələri arasında “Sputnik V” peyvəndinin klinik sınaqları yaxın aylarda başlaya bilər".
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə patogen mikroorqanizmlərin gen mühəndisliyi laboratoriyasının baş elmi işçisi Daria Yeqorova deyib. O bildirib ki, sınaqlar yaxın bir neçə ayda başlayacaq.
“İlk növbədə sınaqları xərçəngdən əziyyət çəkən bir qrup xəstə üzərində aparılacağını planlaşdırırıq. "Sputnik V" nin istifadə təlimatında xərçəng xəstələrinin peyvənd edilməsini qadağan edən bir məlumat yoxdur. Ancaq, bir qrup xərçəng xəstəsində peyvəndin istifadəsi zamanı ortaya çıxa biləcək risklərin diqqətlə təhlili və qiymətləndirilməsi vacibdir”.

Mənbə: www.yeniavaz.com