Telefonunuz zəifləyir? - Bu gizli ayarı aktiv edin

Telefonunuz zəifləyir? - Bu gizli ayarı aktiv edin

Android smartfonlarda tətbiqlərin arxa plandakı fəaliyyətini məhdudlaşdırmaq cihazın daha sürətli işləməsinə və enerjiyə qənaət etməyə kömək edə bilər.

Bu barədə "MakeUseOf" nəşri yazıb.

Bildirilib ki, tətbiq bağlansa belə, Android onu tam dayandırmır və proqram operativ yaddaşda işləməyə davam edir. Bunun qarşısını almaq üçün parametrlərdən “Telefon haqqında” bölməsinə daxil olaraq cihazın versiya nömrəsinə 7 dəfə toxunmaq lazımdır. Bununla “Tərtibatçı rejimi” aktivləşir.

Daha sonra həmin bölmədə “Suspend execution for cached apps” funksiyasını aktivləşdirmək lazımdır. Bu funksiya keşdə qalan tətbiqlərin proseslərini dondurur və onların sistem resurslarından istifadə etməsinin qarşısını alır.

Lakin bu üsulun mənfi tərəfi də var. Funksiya aktiv olduqda messencer və e-poçt tətbiqləri düzgün işləməyə, bildirişlər isə vaxtında gəlməyə bilər.

Qeyd edək ki, smartfonun yaddaşını boşaltmaq üçün istifadə olunmayan süni intellekt funksiyalarını söndürmək də tövsiyə edilir. Bu üsul həm Android, həm də iOS cihazlarında işləyir.

Mənbə: publika.az