Sidney Universitetinin tədqiqatçıları yaşlı fərdlərdə bioloji yaşı cəmi 4 həftə ərzində geriyə qaytarmağın mümkün olduğunu sübut edən unikal elmi kəşfə imza atıblar.
Aparılan klinik sınaqlar və laboratoriya tədqiqatları göstərib ki, tətbiq edilən yeni terapiya metodu qocalmış kök hüceyrələrini yenidən aktivləşdirərək onların gənc hüceyrələr kimi fəaliyyət göstərməsini təmin edir. Mütəxəssislər bildirirlər ki, hüceyrə səviyyəsində həyata keçirilən bu bərpa prosesi orqanizmin immun sistemini gücləndirməklə yanaşı, xroniki xəstəliklərin yaranma riskini də minimuma endirir.
Bu nəticənin yaxın gələcəkdə qocalığın qarşısının alınmasında və insan ömrünün uzadılmasında tamamilə yeni bir erasının başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com
Mənbə: musavat.com