Bu dəfə insan və robot rinqə çıxdı – Video

Bu dəfə insan və robot rinqə çıxdı – Video

ABŞ-nin San-Fransisko şəhərində Ceyms Kameronun eyniadlı filmindəki “Terminator” modelində hazırlanmış robotla bloqer Frenki Lapenna arasında döyüş baş tutub.

Döyüş REK şirkəti tərəfindən təşkil edilib və qarşılaşmanın görüntüləri onların “X-Force” sosial şəbəkə hesabında yerləşdirilib.

Döyüş zamanı iştirakçılar bir-birlərinə zərbələr endiriblər.
Ancaq döyüş o qədər də uzun sürməyib. Boyu 180 santimetrdən bir qədər çox olan robot Lapennanı sinəsindən güclü bir zərbə vuraraq, yerə yıxıb.
İnsan-robot qarşıdurmasının videosu qısa bir vaxtda viral olub. Təşkilatçılar gələcəkdə də oxşar tədbirlər keçirməyi planlaşdırırlar.

Mənbə: www.bakupost.az