Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər – Sumqayıt və Novxanının SAYƏSİNDƏ

Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər –

Azərbaycanın alternativ enerjinin gələcəyi yalnız günəş və küləklə kifayətlənməyə bilər. Yaxın gələcəkdə daha bir təbiət hadisəsindən – dalğalardan enerji aımaq mümkündür. Məsələn, İtaliya artıq Aralıq dənizindən enerji almaq üçün qurğular sınaqdan keçirir.

Bəs Azərbaycan Xəzərin dalğalarından elektrik ala bilərmi?

Hər gün dəfələrlə şahə qalxıb əslində bizə təbiətin sadə hadisəsi kimi görünən dalğaların gələcəkdə xeyli faydası ola bilər. Mütəxəssislər bildirirlər ki, Xəzərin dalğasını faydalı enerjiyə çevirmək mümkündür. Texnologiya buna artıq imkan verir. Amma təbii şəraitdə bunun nə qədər səmərəli olub-olmaması araşdırılır. Belə ki, Xəzər böyük dənizlər və okean qədər güclü dalğalara malik deyil. Buna görə də dalğa enerjisinin alınmasının maya dəyəri hazırda günəş və külək enerjisi ilə müqayisədə daha çox xərc tələb edir. İstənilən halda dalğa enerkisi almaq üçün konkret sahillər müəyyənləşdirilib. Ötən il Azərbaycan alimləri tərəfindən aparılmış araşdırmada Azərbaycanın Xəzər sektorunda dalğa enerjisi potensialının xüsusilə Bakı-Abşeron sahillərində, konkret olaraq Sumqayıt və Novxanıda yüksək olduğu göstərilib.

Məlumat üçün bildirək ki, Portuqaliya hazırda Avropada ən əsas dalğa enerjisi mərkəzlərindən biridir. Bundan başqa, Böyük Britaniya, Fransa, Niderland, İspaniya və Kanar adalarında müxtəlif dalğa qurğularını sınaqdan keçirilib.

Amma İtaliya nümunəsi Azərbaycana daha yaxındır. Çünki Aralıq dənizində nisbətən sakit dalğalar mövcuddur. Yəni dalğaların miqyasına görə, Aralıq dənizi Xəzər dənizindən çox da fərqlənmir.


Qeyd edək ki, Azərbaycanın hazırkı dövlət proqramlarında da əsas ağırlıq günəş, külək, hidro və şəbəkə/infrastruktur layihələrinə verilir; 2026-cı ilin sentyabrında Energetika Nazirliyi 2032-ci ilə qədər təxminən 8 QVt bərpa olunan enerji gücünün inkişafının planlaşdırıldığını açıqlayıb.

Mənbə: bizim.media