İlon Mask süni intellektin insanları üstələyəcəyini proqnozlaşdırıb

İlon Mask süni intellektin insanları üstələyəcəyini proqnozlaşdırıb

ABŞ-li iş adamı İlon Mask insanların süni intellekt tərəfindən üstələnəcəyini proqnozlaşdırıb.

Oxu.Az xəbər verir ki, milyarder bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bir çox insan dərhal son dərəcə inandırıcı superintellekt tərəfindən üstələnəcək və ola bilsin ki, mən də onlardan biri olacağam", - deyə Mask bildirib.

Qeyd edək ki, İlon Mask daha əvvəl təxminən "altı dəfə" süni intellekt psixozuna məruz qaldığını etiraf etmişdi. Bu hal süni intellektə tam etibar, heyranlıq və "aşiq olmaq" vəziyyəti kimi xarakterizə olunur.

Mənbə: oxu.az