Məşhur “Spotify” musiqi paylaşımı platforması öz regional bazasını genişləndirir.
Qazet.az-ın məlumatına görə, platforma Asiya, Afrika, Latın Amerikası və Avropada daha 80 bazara daxil olacağını açıqlayıb.
Həmçinin tətbiq 36 yeni dil seçimi əlavə etməklə, ümumilikdə 60 dünya dilini dəstəkləmiş olacaq.
Bu genişləndirmə siyasəti ilə “Spotify”ın dünya üzrə 1 milyarddan çox istifadəçisi olacaq.
Mənbə: qazet.az