"Facebook" Avstraliyaya qoyduğu qadağanı ləğv etdi

"Facebook" Avstraliyaya qoyduğu qadağanı ləğv etdi

"Facebook" sosial media platforması Avstraliya istifadəçilərinin xəbər paylaşmaq qadağasını ləğv edib.

Cebhe.info xəbər verir ki, Avstraliya Maliyyə naziri Coş Fraydenberq və Rabitə naziri Paul Fletcher, “Facebook” və “Google” ilə xəbər mənbələrinə dair qanuni tənzimləməni dəyişdirmək üçün razılığa gəldiklərini açıqlayıblar.

"Facebook" müqavilə ilə əlaqədar verdiyi açıqlamada, qarşıdakı günlərdə Avstraliyadakı xəbər səhifələrini yenidən bərpa edəcəyini açıqlayıb.

Bundan əlavə,"Facebook" Avstraliya hökumətinin bəzi dəyişikliklər edəcəyindən məmnun olduğunu və narahatlıqları həll ediləcəyini bildirib.

Məlumata görə, Avstraliya hökuməti cari maliyyə büdcəsindən rəqəmsal reklam üçün təxminən 42 milyon dollar ayırıb ki, bunun təqribən dörddə biri "Facebook" da istifadə olunur.

Mənbə: cebhe.info