IDEX-2021: “Hanwha Defence” şirkəti döyüş robotlarını təqdim edib

IDEX-2021: “Hanwha Defence” şirkəti döyüş robotlarını təqdim edib

Cənubi Koreyanın qabaqcıl bir müdafiə şirkəti olan “Hanwha Defence” ilk dəfə çoxməqsədlə MPUGV adlı döyüş robotlarını təqdim edib. Ordu.az xəbər verir ki, robotlar IDEX-2021-də nümayiş olunub.

MPUGV 2019-cu ildə müxtəlif döyüş şəraitində piyada qoşunlarını dəstəkləmək üçün istehsal edilib.

4 × 4 təkər formuluna malik vasitə elektrik enerjisi ilə işləyir və asfalt yollarda 30 km/saat sürətlə hərəkət edə bilər. 1,5 tonluq robot nəzarət, logistik nəqliyyat və döyüş tapşırığı kimi müxtəlif tapşırıqları yerinə yetirmək üçün həm uzaqdan, həm də avtonom şəkildə idarə olunur.
 

 

Mənbə: ordu.az