“Bell” şirkəti Livan ordusuna üç ədəd “Huey II” helikopteri təhvil verib

“Bell” şirkəti Livan ordusuna üç ədəd “Huey II” helikopteri təhvil verib

“Bell” şirkəti Livan Hərbi Hava Qüvvələrinə üç ədəd “Huey II” helikopteri təhvil verib.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Huey II” aşağı əməliyyat xərcləri olan çoxməqsədli, tək mühərrikli helikopterdir. Bunlar axtarış-xilas etmə, nəqliyyat, yanğınsöndürmə və digər məqsədlər üçün istifadə ediləcək.

Livan HHQ bu helikopterin əvvəlki variantlarını 1990-cı illərin əvvəllərindən etibarən istifadə edir.
 

Mənbə: ordu.az