“Boeing” müasir T-7A “Red Hawk” hərbi təlim təyyarələrinin istehsalına başlayır

“Boeing” müasir T-7A “Red Hawk” hərbi təlim təyyarələrinin istehsalına başlayır

ABŞ-ın “Boeing” şirkəti ordunun ehtiyaclarına uyğun olaraq müasir T-7A “Red Hawk” hərbi təlim təyyarələrinin istehsalına başlayır. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Təyyarələr pilotların yetişdirilməsi üçün nəzərdə tutulub. Sistem yerüstü canlı və virtual simulyatorları özündə birləşdirir.

2018-ci ilin sentyabr ayında ABŞ Hərbi Hava Qüvvələri 351 inkişaf etmiş təlim təyyarəsi və 46 əlaqəli yerüstü təlim simulyatorlarının tədarükü üçün “Boeing” şirkəti ilə 9,2 milyard dollarlıq müqavilə imzalayıb.

Sevinc Əliyeva
 

Mənbə: ordu.az