Fransa xəstəxanaları COVID-lə yanaşı kiber-hücumlarla mübarizə aparır

Fransa xəstəxanaları COVID-lə yanaşı kiber-hücumlarla mübarizə aparır

Fransa hökumətinin rəsmiləri ölkədə bir çox xəstəxananın kompyuter hücumlarına məruz qaldığını və bunun COVID hallarına qarşı mübarizə apardıqları zaman onların əməliyyatlarını ləngitdiyini bildirib. Fransa Prezidenti Emmanuel Makron keçən həftə səhiyyə müəssisələrini kiber təhdidlərdən qorumaq üçün plan açıqlayıb.

Təhlükəsizlik üzrə ekspetlər son zamanlar Fransa xəstəxanalarına qarşı həyata keçirilən kiber-hücumlardan narahatdır. Belə ki,dekabrın ortalarında kiber-hücunlar Normandiyanın Evru, keçən həftə Atlantik okeanı sahilindəki Daks və Lion yaxınlığında doktor Herve Bontempsin hücumların əməliyyatları ləngitdiyini dediyi Vilifor-sur-Son xəstəxanalarına edilib.

O, laboratoriyanın və maşınların işləyə biləcəyini, lakin nəticələr kompüterlər vasitəsilə alına bilmədiyi üçün işçilərin onları kağıza yazaraq,xəstəxanalara çatdırdıqlarını deyib.

Xəstəxanalar kiber-hücumlarla mübarizə aparmaq məcburiyyətində qalaraq, təcili olmayan əməliyyatlar və ya rentgen prosedurlarını təxirə salmalı olur. Bu, Fransada 80 mindən çox insanın ölümünə səbəb olan COVID-19-la mübarizə aparan səhiyyə işçiləri üçün əlavə yükə çevrilib.

ssenari təkrar olunur: zərərli proqramlar yüz minlərlə dollar tələb edən hakerlərə qarşı güclü təhlükəsizlik olmayan xəstəxanalarda internet sistemini iflic edir.

Fransa rəsmiləri bütün ölkə üzrə kibertəhlükəsizliyi gücləndirmək məqsədilə dövlət infrastrukturları və özəl şirkətlər arasında təhlükəsizlik sistemlərinin möhkəmlənmdirilməsi üçün 2025-ci ilədək 1,2 milyard dollar vəsait sərf etməyi vəd edir.

Mənbə: www.amerikaninsesi.org