11.11 endirimləri və “Qara cümə” ərəfəsində dələduzlar saxta onlayn mağazalar və reklamlar hazırlamaq üçün süni intellektdən istifadə etməyə başlayıblar.
Təhlükəsizlik üzrə mütəxəssis Viktor İevlev bu barədə “Lenta.ru”ya danışıb.
Onun sözlərinə görə, süni intellekt vasitəsilə real mağazaların dizaynını təqlid edən saytlar yaratmaq, məşhurların saxta videolarından (deepfake) istifadə etməklə alıcıların etibarını qazanmaq mümkündür.
Dələduzlar həmçinin satıcıların hesablarını ələ keçirərək saxta sifariş bildirişləri göndərir, ödəniş problemi və ya çatdırılmanın ləğvi bəhanəsi ilə bank kartı məlumatlarını və SMS təsdiq kodlarını əldə etməyə çalışırlar.
Mütəxəssis alıcılara endirimləri və sifarişlərin vəziyyətini yalnız mağazaların rəsmi saytları və tətbiqləri vasitəsilə yoxlamağı, kənar keçidlərdən ödəniş etməməyi tövsiyə edib.
Mənbə: bizim.media