İlon Mask gün ərzində 15 milyard dollardan çox pul itirdi

İlon Mask gün ərzində 15 milyard dollardan çox pul itirdi

Kriptovalyutaların dəyəri də aşağı düşür.

Son bir gündə Tesla şirkətinin səhmləri 8.6% ucuzlaşıb. Buna görə də, İlon Mask 15 milyard dollardan çox pul itirdi. İlon Maskın sərvəti hazırda 183 milyard dollardır.Tesla səhmləri indi ilk dəfə 2020-ci ilin sentyabr ayında olduğu səviyyədədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, analitiklər səhmlərin dəyərinin düşməsini Maskın Bitcoin və Ethereum nisbətinin həddindən artıq "yüksək" olması ilə əlaqələndirirlər.

Bu yaxınlarda Bitcoin-ə sərmayə qoyan Teslanın səhmləri ilə birlikdə kriptovalyutaları da ucuzlaşıb. Bazar günü bitkoinin dəyəri 58 min dollar idi və daha sonra kəskin şəkildə azalaraq 46 min dollara düşdü. İndi əsas kriptovalyuta təqribən 49 min dollar qiymətində ticarət edir.

Mənbə: news.milli.az