26 fevral, Fineko/abc.az. Çinin nəhəng "Huawei" elektronika məhsulları istehsalı ilə bərabər öz markası ilə elektrikli avtomobil istehsal etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkətin ABŞ sanksiyalarından sonra yavaş-yavaş özünə gələrək bu il bir neçə model istehsal edəcəyi gözlənilir.
Şirkət "Chongqing Changan Automobile" və digər bir neçə avtomobil istehsalçısı ilə zavodların istifadəsi üçün danışıqlar aparır.
Mənbə: abc.az