Rusiya ordusu “Aurora” adlı insansız sualtı platformalarını istismara qəbul etməyə hazırlaşır

Rusiya ordusu “Aurora” adlı insansız sualtı platformalarını istismara qəbul etməyə hazırlaşır

Rusiya ordusu “Aurora” adlı insansız sualtı platformalarını dövlət sınaqlarından istismara qəbul etməyə hazırlaşır. Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məxsus “Krasnaya Zvezda” nəşri məlumat yayıb.

Bildirilir ki, kiçik ölçülü insansız sualtı platforma 1 kilometr dərinliyə qədər enə bilir.

Modul quruluşa malik “Aurora” 6 saat dənizdə fəaliyyət göstərə bilir. Sualtı vasitə artıq sınaqdan keçirilib.

 

Mənbə: ordu.az