Ən təhlükəli "Şeytan" virusu yayıldı - ÖLDÜRÜCÜDÜR VƏ SÜRƏTLƏ YAYILIR

Ən təhlükəli "Şeytan" virusu yayıldı  - ÖLDÜRÜCÜDÜR VƏ SÜRƏTLƏ YAYILIR

ABŞ-ın Kaliforniya ştatında COVID-19-un daha yoluxucu və təhlükəli bir növünün aşkar edildiyi bildirilib.

Redaktor.az xəbər verir ki, alimlər bu qorxulu mutasiyaya "Şeytan" adı veriblər.

"B.1.427 / B.1.429" və ya "20C / L452R" adlandırılan yeni növ virusun İngiltərə və CAR-da yayılan COVID-19 növündən fərqli bir mutasiya modeli sərgilədiyi qeyd olunub.

Araşdırmanın müəlliflərindən biri olan professor Çarls Çiu yeni tapıntının çox təhlükəli olduğunu, hələ də araşdırılmağa ehtiyac olduğunu vurğulayıb.

Bildirilir ki, "Şeytan" hüceyrələri 40% daha çox yoluxucu xüsusiyyətə malikdir və ölüm riski daha yüksəkdir.

Orxan İsmayıl / Redaktor.az

Mənbə: redaktor.az