İsrail inkişaf etmiş uzun mənzilli raketlərin istehsalına başlayıb

İsrailin dövlətə məxsus “Rafael Advanced Defence Systems” şirkəti inkişaf etmiş uzun mənzilli “hava-hava” və “yer-hava” tipli raketlərin istehsalına başlayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.

“I-Derby” adlı qısa və orta mənzilli “hava-hava” və “yer-hava” raketinin mənzili artırılmış versiyasının inkişafı bu həftənin əvvəlində başa çatıb. Raketin mənzili 100 kilometrə qədər artırılıb. Raket işə salındıqdan sonra müstəqil şəkildə işləyə bilər.

Raketlər, həmçinin hava döyüşü üçün radioelektron mübarizə vasitələri ilə təchiz edilib. Yüngül olması onun müxtəlif müasir döyüş təyyarələrinə uyğunlaşdırılmasına imkan verir.

Sevinc Əliyeva
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Xocalı faciəsində dırnaqları çıxarılan gitaraçı - XÜSUSİ REPORTAJ

SONRAKI XƏBƏR

Azərbaycan və Qazaxıstan arasında quyuların qazılması üzrə müqavilə imzalanıb