"Android" cihazlarını dəstəklədi, lakin "Bitcoin"ə qarşı çıxdı

"Android" cihazlarını dəstəklədi, lakin "Bitcoin"ə qarşı çıxdı

Çərşənbə günü “Microsoft” təsisçisi Bill Qeyts (Bill Gates) ilk dəfə olaraq son zamanlar populyarlıq qazanan “Clubhouse” sosial platformasında maraqlı açıqlamalar verib.

Qeyd edək ki, “Clubhouse” hal-hazırda yalnız “iOS” platforması üzərindən istifadə edilə bilir. Məhz bu səbəbdən bir çox insanlar tanınmış təsisçinin “iPhone” cihazlarına münasibətini öyrənmək istəyiblər.

Open.az xəbər verir ki, Bill Qeyts verdiyi açıqlama zamanı “Android” əməliyyat sistemi əsasında çalışan cihazlara üstünlük verdiyini bildirib. O, xüsusi ilə sözügedən əməliyyat sistemi və “Microsoft” proqram təminatı arasında daha uyumlu keçidlərin olduğu fikrini səsləndirib. Lakin, bir çox dostlarının məhz “iPhone” smartfonlarından istifadə etmə faktını da təsdiqləyib.

Bundan əlavə Bill Qeyts, “Bitcoin” kriptovalyutasını yaxşı qəbul etmədiyini və bu səmtdə sərmayə yatırmayacağını da vurğulamaqdan çəkinməyib.

Mənbə: open.az