Dubay hava limanında pasport yoxlanması prosesi sürətlənib

Dubay hava limanında pasport yoxlanması prosesi sürətlənib

Dubay şəhərinin hava limanında yeni sürətli pasport yoxlama sistemi işə salınıb.

Redaktor.az xəbər verir ki, hava limanının giriş və çıxış bölümlərində 122 “ağıllı qapı”da (smart gate) quraşdırılan süni zəkaya əsaslanan biometrik proqram sərnişinlərin üz cizgiləri və göz rəngini tanıyır.

Artıq sərnişinlər cəmi 5-9 saniyə ərzində müvafiq yoxlamadan keçirlər.

Yeni sistemdən keçmək üçün 17 yaşından yuxarı sərnişinlər əvvəlcədən xüsusi cihazlar vasitəsilə biometrik pasportunu skan etdirməlidir. Belədə sərnişin yoxlamadan keçmək üçün hava limanının müvafiq cihazlar quraşdırılmış yerlərində bir qədər hərəkət etməlidir. //Report

Mənbə: redaktor.az