Türkiyənin “Sungur” HHM istemi uğurla hədəfləri məhv edib - VİDEO

Türkiyənin “Sungur” HHM istemi uğurla hədəfləri məhv edib - VİDEO

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan “Sungur” Hava Hücumundan Müdafiə (HHM) sisteminin sınaqları keçirilib. Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsi məlumat yayıb.

Bildirilir ki, sınaqlar zamanı portativ (daşına bilən) HHM sistemi hədəf təyyarəni maksimum məsafədə və hündürlükdə uğurla məhv edib.

“Roketsan” şirkəti tərəfindən yerli və milli resurslarla istehsal edilən “Sungur” portativ xüsusiyyəti ilə quru, hava və dəniz platformalarına inteqrasiya edilə bilər.

Bundan əvvəlki sınaqlarda sistem minimum hündürlükdə hədəflərini məhv edə bilmişdi.

“Sungur”un 2021-ci ildə Türkiyə ordusuna tədarükü planlaşdırılır.


Sevinc Əliyeva

 

Mənbə: ordu.az