ABŞ ordusu 400 “gözəgörünməz” raket alır

ABŞ ordusu 400 “gözəgörünməz” raket alır

ABŞ Hərbi Hava Qüvvələri 400 ədəd qanadlı AGM-158B JASSM-ER stels raketləri ilə təchiz ediləcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Janes" portalı yayıb. Məlumata görə, ABŞ bununla bağlı "Lokhid Martin" şirkətiylə razılaşma imzalayıb. Razılaşmanın ümumi dəyəri 428,4 milyon dollar təşkil edib. Stels raketlərin orduya 2025-ci ilin iyuluna qədər veriləcəyi bildirilib.

Qeyd edək ki, AGM-158B JASSM-ER raketləri 980 kilometr məsafəyə qədər olan hədəfləri məhv etmək gücündədir. Stels texnologiyası ilə təchiz edildiyi üçün onun radarlara düşmək ehtimalı azdır.

Mənbə: news.milli.az