Faydalı funksiyalar “Apple” kompüterlərinə geri qaytarılacaq

Yeni "MacBook Pro" noutbukları əlavə konnektorlarla təchiz ediləcək. Bu haqda analitik Minq-Çi Kuoya istinadən "MacRumors" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, növbəti nəsil "MacBook Pro" noutbuklarında HDMI port və SD kartların oxunması üçün slot quraşdırılacaq. "Apple" texnikasından istifadə edənlərin əksəriyyəti hələ də noutbukların tələb olunan interfeyslərdən məhrum edilməsi qərarından narazıdırlar: "USB-C" portları üçün birləşdiricilər satın almaq ehtiyacı yaranır.

Yeni noutbuk modelləri 2021-ci ilin ikinci yarısında təqdim ediləcək.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbəmizdir”

SONRAKI XƏBƏR

Ukraynanın MİLGEM korvetləri “Neptun” raketləri ilə silahlandırılacaq