Ukraynanın MİLGEM korvetləri “Neptun” raketləri ilə silahlandırılacaq

Ukraynanın MİLGEM korvetləri “Neptun” raketləri ilə silahlandırılacaq

Ukrayna Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələri üçün Türkiyə ilə birlikdə inşa edilən MİLGEM sinfinə məxsus “Ada” korvetlərinin silahlarla təchiz edilməsinə qərar verib. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazinin müavini Aleksandr Mironyuk deyib.

O qeyd edib ki, korvetlər Ukraynanın “Neptun” raketləri ilə təchiz ediləcək.

Nazir müavininin sözlərinə görə, ABŞ-ın “Harpoon”, Türkiyənin “Atmaca” raketləri də nəzərdə keçirilir.
 

 

Mənbə: ordu.az