“Xiaomi” avtomobil buraxacaq

"Xiaomi" şirkəti yaxın illər ərzində avtomobil buraxa bilər. Bu barədə Çinin "Donews" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Xiaomi" top-menecerləri avtomobil bazarına daxil olmaq imkanını öyrənirlər. Blogerlər qeyd edib ki, korporasiya avtomobilin yaradılması ilə bağlı dəqiq plana malik olmasa da, yaxın vaxtlarda layihə haqqında daha ətraflı məlumat yayıla bilər.

Həmçinin bildirilir ki, müvafiq layihəyə nəzarət bilavasitə şirkətin təsisçisi Ley Tszyun tərəfindən həyata keçiriləcək. "Xiaomi" nümayəndəsinə məsələyə münasibət bildirmək üçün müraciət edən jurnalistlərə sorğuya cavabın bir müddət sonra veriləcəyi bildirilib.

"Xiaomi" rəhbərliyinə yaxın daha bir mənbənin məlumatında oxşar planların mövcudluğu təsdiqlənsə də, korporasiyanın avtomobili yaxın illərdə təqdim etməkdə maraqlı olmaması vurğulanıb. Onun sözlərinə görə, şirkət smartfonlar bazarında böyük paya sahib olduğundan bu seqmentin inkişafı prioritetlik təşkil edir. Bundan başqa, "Xiaomi" Çinin "Baidu" şirkəti kimi pilotsuz texnologiyalar sahəsində texnologiyalara malik deyil.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynanın MİLGEM korvetləri “Neptun” raketləri ilə silahlandırılacaq

SONRAKI XƏBƏR

“Survivor”da dava düşdü