Virtual hücumlara ən həssas olan cihazlar – SİYAHI

Virtual hücumlara ən həssas olan cihazlar – SİYAHI

“Securing Sam” antivirus proqram təminatının tərtibatçıları hazırda orta hesabla hər bir Avropalının evində internetə qoşulmuş 14 cihazın olduğunu müəyyən edib.

Bu haqda “Hi-News” informasiya-texnologiyaları portalı yazır.

ABŞ-da isə bu göstərici 17-ə çatır. Onların hər biri virtual hücumlara məruz qalma riski daşıyır. Kiber-dələduzlar həmin cihazlara giriş əldə edib, istifadəçilərin şəxsi məlumatlarını oğurlaya bilər.

Şirkətin əməkdaşları araşdırma apararaq, virtual hücumlara ən həssas olan cihazların növlərini müəyyən edib. İnternetə qoşulmuş cihazların diapazonu olduqca böyükdür, burada smartfonlar, ağıllı televizorlar, müşahidə kameraları, internetə qoşulmuş musiqi mərkəzləri, ağıllı mətbəx qurğuları və s. daxildir.

Araşdırma nəticəsinə görə haker hücumlarından ən zəif qorunan cihazlar IP-kameralar sayılır. Bir qayda olaraq ucuz kameraların anoloji quruluşu və zəif müdafiə sistemi olur. Ona görə də hakerlər bir aparatın təhlükəsizlik sistemini “sındırmaqla”, eyni qiymət kateqoriyasından olan digər modellərə də müdaxilənin yolunu asanlıqla öyrənə bilir.

Haker hücumlara ən həssas cihazlar:

İP-müşahidə kameraları

Məlumat saxlama cihazları

Printerlər

Televizorlar

İP-telefonlar

Mənbə: www.oxu.az