"Visa" və "Mastercard"a kiberhücum: Bu məlumatlar ələ keçirildi

"Visa" və "Mastercard"a kiberhücum: Bu məlumatlar ələ keçirildi

ABŞ-ın ən böyük maliyyə qurumları "Visa", "Mastercard" və "JP Morgan Chase" kiberhücuma məruz qalıb. Nəticədə minlərlə müştərinin şəxsi məlumatları açıq internetə sızıb.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

Şirkətlərin məlumatlarına istinadən yayılan xəbərə görə, hakerlər fidyə proqramından istifadə edərək maliyyə qurumlarının sistemlərinə üçüncü tərəf şirkətlər vasitəsilə daxil olublar.

Şirkətlər hücuma məruz qalan xarici tərəfdaşların adlarını və ələ keçirilən məlumatların dəqiq həcmini açıqlamayıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.

"JP Morgan" isə kiberhücumun həftənin əvvəlində bankda qeydə alınan texniki nasazlıqla əlaqəli olmadığını bildirib. Həmin nasazlıq proqram təminatındakı xəta səbəbindən bəzi əməliyyatların gecikməsinə səbəb olmuşdu.

Məlumatların sızmasının miqyası və hansı şəxsi məlumatların ələ keçirildiyi hələlik məlum deyil.

Mənbə: publika.az