Rusiya yeni strateji raket sistemi üzərində işləyir

Rusiya yeni strateji raket sistemi üzərində işləyir

Rusiya “Kedr” adlı yeni nəsil strateji raket sisteminin inkişafı layihəsinə start verib. Ordu.az xəbər verir ki, məlumatı Rusiyanın raket və kosmik sənayesində olan mənbəyə istinadən TASS yayıb.

Bildirilir ki, layihə hazırda tədqiqat və inkişaf mərhələsindədir.

Qeyd edək ki, Rusiya ordusu hazırda “Topol”, “Topol-M” və “Yars” adlı qitələrarası ballistik raketlərlə silahlanıb. 955 və 955A layihələrinin nüvə strateji sualtı qayıqları “Bulava” strateji raketləri ilə təchiz edilib. Qüvvələr tədricən “Avangard” hipersəs raketlərini də qəbul edəcəklər.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az