Türkiyənin “Baykar” şirkəti süni zəka ilə işləyən zərbə PUA-larının dizaynına başlayır

Türkiyənin “Baykar” şirkəti süni zəka ilə işləyən zərbə PUA-larının dizaynına başlayır

Türkiyənin “Baykar” şirkəti süni zəka ilə işləyən zərbə PUA-larının konseptual dizayn mərhələsinə başlayır. Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş meneceri Haluk Bayraktar məlumat verib.

O, bu PUA-nı şirkətin “ən vacib proqramı” adlandırıb. PUA-nın konseptual dizayn mərhələsinin Türkiyə cümhuriyyətinin yüzüncü ili olan 2023-cü ilə qədər tamamlanacağı gözlənilir.

Planlaşdırılan PUA 40.000 fut yüksəklikdə uçacaq. Süni zəka ilə işləyən aparat beş saat ərzində tapşırıqları yerinə yetirə biləcək və peyk rabitə məlumat şəbəkəsinə qoşulacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az