ASELSAN Türkiyə ordusuna 2000-ə yaxın elektro-optik sistem təhvil verib

ASELSAN Türkiyə ordusuna 2000-ə yaxın elektro-optik sistem təhvil verib

Türkiyənin ASELSAN şirkəti ölkənin təhlükəsizlik qüvvələrinə 1000 ədəd “Doruk” elektro-optik sensor sistemi və 960 ədəd “Timsah” adlı termal silah durbini təhvil verib. Ordu.az xəvər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Doruk” elektro-optik sensor sistemi Türkiyə təhülkəsizlik qüvvələrinin sərhəd təhlükəsizliyi fəaliyyətləri, komando mobil bölmələri, sərhədlərarası əməliyyatlar, artilleriya vahidlərinə rəhbərlik, koordinat hesablanması, düşmən elementlərinin aşkarlanmasında kəşfiyyat və nəzarət məqsədilə ən çox istifadə olunan elektro-optik cihazlardan biridir.

“Timsah” mikrobolometr detektoru olan infraqırmızı görüntü cihazıdır. Cihaz bir çox fərqli silaha quraşdırıla bilir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az