“Azərpoçt”un rəhbəri dəyişib - Yeni Təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.

FED.az xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.

Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan “AGBank” ASC-nin İdarə Heyətinin sədri olub.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Asəf Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhün Kazımov isə vəzifəsində saxlanılıb. Beləliklə, hazırda milli poçt operatorunun rəhbərliyində 3 nəfər təmsil olunur. 

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan və Qazaxıstan arasında uçuşlar bu tarixdən bərpa olunacaq

SONRAKI XƏBƏR

3500 məzunun diplom qalmaqalı: “Məhkəmələr də imtina edir, Şeyx də..."