Süni intellekt kibertəhlükəni 10 qat artırır

Süni intellekt kibertəhlükəni 10 qat artırır

ABŞ bankları yeni problemlə üzləşir: süni intellekt təhdidlərinə qarşı sürətli müdafiə tədbirləri özləri genişmiqyaslı texniki nasazlıqlara səbəb olur.

Bloomberg xəbər verir ki, ötən həftə JPMorgan-ın on milyonlarla müştərisi proqram təminatının düzgün olmayan yenilənməsi səbəbindən pul köçürmələrində gecikmələrlə qarşılaşıb. Hadisəyə kiberhücum səbəb olmayıb.

JPMorgan-ın rəhbəri "Mythos" kimi qabaqcıl süni intellekt modellərinin kiberriskləri 10 dəfə artırdığını bildirib.

Bank of America artıq sistemlərdəki zəifliklərin aradan qaldırılması üçün 1 000 podratçı cəlb edib. ABŞ-də ilin əvvəlindən bəri 100 mindən çox kibertəhlükəsizlik problemi qeydə alınıb. Təkcə oktyabr ayında aşkarlanan belə problemlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çox olub.

Mənbə: az.trend.az