“YouTube” “TikTok”un analoqunu hazırlayıb

"YouTube" videohostinqi "Shorts" adlı yeni funksiya hazırlayır. Bu, portret rejimində çəkilmiş qısamüddətli videoçarxlar üçün platformadır.

BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, "Shorts" platforması qısamüddətli videoların əsas populyarlaşdırıcısı hesab edilən "TikTok" proqramını xatırladır – portret rejimində göstərilən videolar arasında keçid etmək üçün "swipe up" etmək lazımdır. Videonun "Shorts" bölməsinə düşməsi üçün onun davametmə müddəti bir dəqiqədən az olmalıdır.

Sözügedən funksiya beta test mərhələsindədir.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

“Haber Global” Qarabağa böyük qayıdış haqqında süjet hazırlayıb - VİDEO

SONRAKI XƏBƏR

"Beşiktaş"dan qələbə