Volkswagen ID.6 krossoverinin şəkilləri peyda olub - FOTO

Volkswagen ID.6 krossoverinin şəkilləri peyda olub - FOTO

Reddit istifadəçilərindən biri, Çin Sənaye Nazirliyinin məlumat bazasında yeni Volkswagen ID.6 elektromobilinin şəkillərini aşkar edib. Şəkillərdə, ölçüsü Volkswagen Touareg ilə müqayisə olunan və 2019-cu ilin ID.Roomzz konseptinin seriya təcəssümü olan elektrik krossoveri nümayiş olunur.

Sızıntı sayəsində modellə əlaqəli bəzi detalları ortaya çıxıb: seriya ID.6 krossovernin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4876, 1848 və 1680 millimetr, təkər bazası 2965 millimetrdir. Müqayisə üçün: Volkswagen Touareg modelinin ölçüləri 4878x1984x1717 millimetrdir. Çin bazarında satılacaq versiya 70 kilovat-saatlıq litium-ion batareyası ilə işləyən 204 at gücündə (150 kilovat) elektrik mühərriki ilə təchiz ediləcəkdir. Dolu batareya ilə belə krossover 450 kilometrə qədər məsafə qət edə bilər.

"Əmtəə" versiyanın ID.Roomzz konseptindən bir sıra fərqləri var. Məsələn, ID.6 krossoverindəki qapılar şəkillərə görə standartdır, konseptdə isə dörd sürüşən qapı var idi. Bundan başqa, Çin versiyası fərqli bir ön tərəfə və daha uzun formaya sahib olan ön fənərləri var. Üç sıralı salon yeddi nəfər üçün nəzərdə tutulub.

Qlobal modelin təqdimatı 2021-ci ilin yazında baş tutacaq və Çin ID.6 modelinin satışları başlayan ilk ölkə olacaqdır. Sonradan elektromobil Avropada və ABŞ-da satışa çıxarılacaqdır.

Milli.Az

Mənbə: news.milli.az