Çində internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb

Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin sonunda Çində internet istifadəçilərinin sayı 989 milyon olub. Ölkədə internetin nüfuzetmə səviyyəsi 70,4%-ə bərabərdir. Bu göstərici kənd yerlərində yüksələrək 55,9% olub.

Milli Statistika Bürosunun məlumatına görə, Çində 1,59 milyard mobil telefon istifadəçisi qeydə alınıb. Çində hər 100 sakinə 113,9 mobil telefon düşdüyü məlum olub. Həmçinin sözügedən ölkədə 483,55 milyon genişzolaqlı internet istifadəçisi var.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Tağı Əhmədov xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

SONRAKI XƏBƏR

Van Qoqun cızmaqarası 10.4 milyon dollara satılıb